BAKI, 23 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Senatın fəaliyyətini sərt tənqid edərək, bu qurumu qanunvericilik təşəbbüslərinin nəticəsiz qaldığı yer adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə çıxışı zamanı danışıb.

"Senat elə bir yerdir ki, nəyinsə ölməsini istəyirsinizsə, onu ora göndərirsiniz", - ABŞ lideri bildirib.

Xatırladaq ki, iyunun ortalarında ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni qəbul etməmişdi.