BAKI, 23 iyul. TELEQRAF
Böyük Britaniya təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən İrandakı diplomatik heyətini müvəqqəti olaraq ölkədən təxliyə edib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, təhlükəsizlik şəraiti nəzərə alınaraq britaniyalı diplomatlar müvəqqəti olaraq İrandan çıxarılıblar.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.