BAKI, 22 iyul. TELEQRAF
ABŞ administrasiyası hesab edir ki, Rusiya və Çin ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı bu ölkəyə müxtəlif formalarda dəstək göstərir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresin Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
O, Rusiya və Çinin İrana yardım edib-etmədiyinə dair suala cavabında ABŞ-ın rəqiblərinin bu məqsədlə koordinasiya cəhdləri göstərdiyini iddia edib.
"Heç də hamısını açıqlamaq olmaz. ABŞ bu cəhdlərin qarşısını müxtəlif üsullarla alır. Bu fəaliyyətin miqyası ictimaiyyətə açıqlanmamalıdır. Lakin hər iki ölkə müxtəlif səviyyələrdə İranın fəaliyyətinə dəstək verir", – deyə Heqset bildirib.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də eyni mövzu ilə bağlı suala cavab verərkən konkret məlumatları açıqlamaq istəmədiyini bildirib.
"Bu, məxfi məlumatların açıqlanmasına səbəb ola bilər. İstəmərəm ki, rəqib mənim bildiklərimi öyrənsin", – deyə o qeyd edib