BAKI, 19 iyul. TELEQRAF

İsrail Yaxın Şərqdə hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman TASS-a açıqlamasında deyib.

"Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq. SAXAL İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında mövqelərini qoruyub saxlayır",- o qeyd edib.