BAKI, 16 iyul. TELEQRAF
İranın liman şəhəri Bəndər-Abbasın şərq hissəsində iki partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
Partlayışların səbəbi, hansı ərazidə baş verdiyi və mümkün fəsadları barədə əlavə məlumat verilməyib.
İran rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama yaymayıblar.