BAKI, 16 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Fars körfəzində İran limanına doğru hərəkət edən neft tankerinin sıradan çıxarıldığını bildirib.
Teleqraf xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, "Belma" adlı tanker iyulun 15-də həyata keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.
Açıqlamada qeyd olunur ki, Kurasao bayrağı altında üzən və boş olduğu bildirilən tanker beynəlxalq sularda İranın Xarq adasına doğru hərəkət edirmiş.
ABŞ tərəfi iddia edir ki, gəmiyə bir neçə dəfə xəbərdarlıq edilsə də, ekipaj bu çağırışlara məhəl qoymayıb.
Bundan sonra ABŞ hərbi təyyarəsi tankerin tüstü borusuna "Hellfire" tipli raketlər ataraq onu sıradan çıxarıb.
CENTCOM hadisəni İrana qarşı tətbiq olunan dəniz blokadasının icrası çərçivəsində həyata keçirilən əməliyyat kimi təqdim edib.
İran tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.