BAKI, 16 iyul. TELEQRAF
Venesuelada iyunun 24-də baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4 829 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes özünün teleqram kanalında məlumat yayıb.
Hökumətin gündəlik hesabatına əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb.
Məlumata görə, 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 34 872 nəfər tibb müəssisələrində müalicə alıb.
Bundan başqa, 128 324 ailəyə yardım göstərilib, 20 857 nəfər 106 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə ümumilikdə 10 063 ton ərzaq yardımı çatdırılıb.
Qeyd edək ki, zəlzələ iyunun 24-də axşam saatlarında Venesuelanın Yarakuy ştatında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələdən sonra bölgədə 1 284 afterşok baş verib.