BAKI, 16 iyul. TELEQRAF

ABŞ-yə məxsus yanacaqdaşıyan hərbi təyyarələr İrana qarşı zərbələrin bərpası fonunda Fars və Oman körfəzləri üzərində dövrə vurur.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqdəki aviadispetçer dairələrindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, regiondakı hərbi bazalardan havaya qalxan təxminən beş ABŞ yanacaqdaşıyan təyyarəsi Fars və Oman körfəzləri üzərində toplaşaraq təxminən 6,5 kilometr yüksəklikdə uçuş həyata keçirir.

Bildirilib ki, təyyarələr uçuşlar zamanı mülki aviasiya üçün nəzərdə tutulan hava dəhlizlərindən də istifadə edir.

Qeyd edək ki, bundan təxminən bir saat əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) amerikalı hərbçilərin gün ərzində İrana qarşı ikinci zərbələr seriyasına başladığını açıqlamışdı.