ŞƏKMİR, 15 iyul. TELEQRAF
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində qeydə alınıb.
Səadət Əmraslanovaya məxsus "Wolksvagen" markalı avtomobil Səməd Qarayevin idarə etdiyi "VAZ 21012" markalı maşınla toqquşub.
Qəza nəticəsində iki nəfər - Səməd Qarayev (2003) və Zülfüqar Məmmədov (2001) - müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə yol polisi əmıkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb