BAKI, 15 iyul. TELEQRAF
ABŞ-ın vitse-prezidenti J.D. Vens İsraildə İranla müharibəni uzatmaq istəyən qüvvələrin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Vens amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqanın podkastında bildirib: "İsrail hökumətinin Amerika siyasətinə nə qədər təsir etdiyi barədə çox danışılır. İsrail hökumətində İranla mümkün razılaşmanı bəyənməyən insanlar var. Bunun birbaşa sübutları var. Bildiyimiz kimi, onların sistemində ABŞ-da ictimai rəyi manipulyasiya edən və müharibənin qeyri-müəyyən müddətə davam etməsi üçün onu dəyişdirməyə çalışan insanlar var. Təkrar edirəm, hər hansı bir konkret məqsəd üçün deyil, sadəcə qeyri-müəyyən müddətə".