BAKI, 16 iyul. TELEQRAF
Almaniya keçmiş ukraynalı deputat Ruslan Demçakı ölkəsinə ekstradisiya edib.
Teleqraf "rbc.ua"ya istinadən xəbər verir ki, Demçak fond bazarında manipulyasiya və milyonlarla dollar vəsaiti leqallaşdırmaqda ittiham olunur.
Keçmiş parlamentari iyulun 13-də Krakivets-Korçova beynəlxalq keçid məntəqəsində Ukrayna tərəfinə təhvil verilib.
Kiyevin Peçersk Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Polis bildirib ki, vaxtilə parlamentin maliyyə siyasəti və bankçılıq komitəsinin sədr müavini vəzifəsini tutan keçmiş millət vəkili maliyə fırıldağı sxemin qurucularından olub.
İstintaqın məlumatına görə, 2017-ci ildə cinayətkar qrupun üzvləri daxili dövlət istiqrazları bazarında fırıldaqçılığa yol veriblər. Onlar vergiyə cəlb olunmayan investisiya mənfəəti əldə etmək üçün fond bazarında qiymətli kağızların alqı-satqısı üzrə süni əməliyyatlar həyata keçiriblər. Bu hərəkətlər sayəsində keçmiş xalq deputatı qanunsuz olaraq təxminən 20 milyon qrivna əldə edib.
2023-cü ildə fakt üzrə cinayət işi açılandan sonra keçmiş deputat xaricə qaçdı və beynəlxalq axtarışa verildi. 2025-ci ilin sonunda o, Almaniyada saxlanılıb.
Onu 12 ilə qədər həbs cəzası ilə gözləyir.