BAKI, 15 iyul. TELEQRAF
"Bilirəm ki, biz yekun hesabatı gözləyirik. Düşünmürəm ki, yekun hesabat hazırlaya bilərik. Hərbçilərlə məsləhətləşməliyəm. Bəlkə də onların hesabatı istintaqın nəticələri ilə birlikdə dərc edə bilməmələrinin bir səbəbi var".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donal Tramp "Fox News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ ordusunun İranda qızlar məktəbinə hücumun səbəbləri ilə bağlı araşdırmasının nəticələri çox güman ki, heç vaxt açıqlanmayacaq.
Jurnalistin faciə yerindən Amerikanın "Tomahawk2 raketinin fraqmentlərini göstərən görüntülərin olması barədə qeydinə cavab olaraq, Amerika lideri bildirib ki, bu görüntülərin süni intellekt tərəfindən yaradıldığı ehtimalı var.
Qeyd edək ki, iyulun əvvəlində ABŞ hərbi liderləri fevral ayında Minabdakı qızlar məktəbi də daxil olmaqla bir neçə İran hədəfinə hücumları təsdiqləyiblər.
Bu il fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin Minabdakı qızlar ibtidai məktəbinə hava hücumu təşkil etdiyini açıqlayıb. Nəticədə 168 şagird də daxil olmaqla 175 nəfər həlak olub, daha 95 nəfər yaralanıb.