BAKI, 16 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2024-cü ildə saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə "xoşməramlı jest" olaraq icazə verib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə açıqlamasında məlumat verib.
ABŞ lideri İranın bu addımını iki ölkə arasında münasibətlər fonunda müsbət siqnal kimi qiymətləndirib.
Lakin Tramp ABŞ vətəndaşının kimliyi, saxlanılma səbəbi və İranı hansı şəraitdə tərk etdiyi barədə əlavə məlumat verməyib.
İran rəsmiləri də məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıblar.