BAKI, 15 iyul. TELEQRAF

İran ABŞ ilə razılaşmaya əməl etmək üçün heç bir səbəb görmür, çünki onlar razılaşmanın müddəalarını yerinə yetirmirlər.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

"ABŞ ilə anlaşma memorandumu, onun müddəalarına əməl edildikdə mənalıdır; əks halda İranın ona riayət etmək üçün heç bir səbəbi yoxdur" - Qalibaf qeyd edib.

O, İran Silahlı Qüvvələrinin "düşmən təcavüzünə qarşı tam hərəkət azadlığına" malik olduğunu vurğulayıb.