BAKI, 15 iyul. TELEQRAF

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov öz Telegram kanalında vəzifəsindən istefa verdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, Fedorov bildirib: "Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək böyük şərəf idi".

Ukrayna Prezidenti Volodimir Zelenski deputatlarla görüşdə Fedrovun vəzifədən alınmasının iki səbəbini göstərib: Baş Komandan Oleksandr Sırski ilə müharibəyə fərqli baxış və Baş Qərargahla dövlət satınalmalarının əlaqələndirilməməsi.

Qeyd edək ki, iyulun 14-ü Ali Rada Baş nazir Yuliya Svırıdenkonun istefasını qəbul edib. Yeni kabinet 16 iyulda açıqlanacaq.

Xatırladaq ki, Mixaylo Fedorov 2026-cı ilin yanvar ayında müdafiə naziri təyin edilib.