BAKI, 15 iyul. TELEQRAF

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı yenı də razılığa gələ bilməyib.

Teleqraf xəbər verir ki, bununla belə Aİ növbəti məhdudiyyət paketinə qədər Rusiya neftinin hazırkı maksimum qiymətini 23 iyula qədər saxlamaq qərarına gəlib. Bu qərar AB ölkələrinin daimi nümayəndələri tərəfindən Daimi Nümayəndələr Komitəsinin 15 iyulda keçirilən iclasında qəbul edilib.

İyulun 13-də Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirləri də Rusiyaya qarşı 21-ci sanksiya paketi barədə razılığa gələ bilməmişdilər. Avropa diplomatiyasının rəhbəri Kaya Kalasın sözlərinə görə, əsas maneə texniki detallar deyil, üzv dövlətlərin onlar üçün qısamüddətli iqtisadi və siyasi itkilərlə dolu qərarlar qəbul etmək istəyidir.