BAKI, 16 iyul. TELEQRAF

Bəhreyn ərazisində həyəcan siqnalları işə düşüb, sakinlərə təhlükəsiz yerlərə sığınmaq çağırışı edilib.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında vətəndaşlar və ölkədə yaşayan əcnəbi sakinlər sakit olmağa və ən yaxın təhlükəsiz məntəqələrə yollanmağa çağırılıb.

"Həyəcan siqnalı verilib. Vətəndaşlardan və rezidentlərdən sakitliyi qorumaq və ən yaxın təhlükəsiz yerə getmək xahiş olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hücum dalğasının başladığını elan etmişdi.