BAKI, 15 iyul. TELEQRAF

İsrail hakimiyyəti Hörmüz boğazını həll etmək istəkləri fonunda ABŞ-nin hazırkı münaqişədə yəhudi dövlətinin əsas narahatlığı olan İranın nüvə proqramından imtina edəcəyindən qorxur.

Teleqraf xəbər verir ki, bu barədə " Al-Monitor" qəzeti İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Amerika tərəfi son həftələrdə İranın nüvə məsələsinin həllində heç bir maraq göstərməyib. İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonun bu məsələdə hərəkətsizliyi ilə bağlı ABŞ Prezidenti Donald Trampa dəfələrlə narahatlığını bildirib.

"Bütün diqqət Hörmüz boğazına yönəlib. Heç kim nüvə məsələsindən danışmır. Bu, bizim üçün ən pis ssenaridir. Trampı bir neçə dəfə razı salmağa çalışdı, amma heç nə alınmadı", - portalın mənbələrindən biri qeyd edib.

"Al-Monitor"un qeyd etdiyi kimi, Netanyahu iyulun 19-da Trampla danışıqlar aparacaq və Amerika liderini İranın nüvə və raket proqramlarına diqqət yetirməyə inandırmağa çalışacaq.