BAKI, 15 iyul. TELEQRAF

ABŞ İrana qarşı yeni zərbə dalğasının Şərq vaxtı ilə 7:30 radələrində başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib.

Əməliyyatda İranın Böyük Tonb adasında yerləşən kruz raket anbarları, raket buraxılışı məntəqələri və sahil müdafiə sistemlərinin dəqiqliklə hədəfə alındığı bildirilib.

***

15:06

ABŞ Mərkəzi Komandanlığı qüvvələri bu gün Şərq vaxtı ilə səhər saat 6-da İrana qarşı zərbə dalğasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial media hesabında qeyd edilib.

"Zərbələr İran qüvvələrinin Hörmüz boğazında kommersiya gəmiçiliyinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanları daha da zəiflətmək üçün nəzərdə tutulub", - deyə qeyd olunub.