BAKI, 13 iyul. TELEQRAF
ABŞ-də Kapitoli binasının yaxınlığında silahlı şəxs saxlanılıb.
Teleqraf xəbər verir ki, polis Kapitolinin şimal barrikadasının yaxınlığında silahlı kişini həbs edib.
CNN həbs edilən kişinin videosunu yayımlayıb. Görüntülərdə altı polis əməkdaşının şübhəlini əhatəyə aldığı, silahlarını ona tuşladıqları görünür.
Görüntülərdə həmçinin kişinin maşından düşdüyü, sonra bir qrup polisin arxadan onu qandalladığı görünür. Kişi zabitlərdən biri ilə danışır və zabit avtomobilin içərisində açıq pəncərədən hürüşən bir itə işarə edir.
Polis bildirib ki, şimal barrikadası istintaq zamanı bağlanacaq və zabitlərə ərazidən uzaq durmaq tövsiyə olunub. Həbs olunan şəxsin şəxsiyyəti açıqlanmayıb.