BAKI, 13 iyul. TELEQRAF

İranın cənubundakı Bəndər Abbas, Konarak, Çabahar şəhərlərində və Lərək adasında partlayışlar baş verib .

Teleqraf "Tasnim" agentliyinə istinadən xəbər verir ki, partlayışlar raket zərbələri nəticəsində baş verib.

Konarakda ən azı dörd, Çabahar ərazisində isə təxminən altı partlayış qeydə alınıb.