BAKI, 13 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatların yenidən başlaması barədə ABŞ Konqresini rəsmi olaraq məlumatlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb .
Qeyd olunur ki, ABŞ prezidenti cümə günü, 10 iyulda Konqres liderlərinə göndərdiyi məktubda, Amerika qoşunlarının İran ərazisindəki hədəflərə müdafiə zərbələri endirdiyini bildirib.
Nəşr Amerika prezidentinin məktubunun məzmunu ilə bağlı təfərrüatı açıqlamayıb.
Xatırladaq ki, bu gün Donald Tramp İran blokadasının bərpa olunduğunu elan edib.
Qeyd edək ki, 12 iyul gecəsi İran Hörmüz boğazının tamamilə bağlandığını elan etmişdi. "Axios"a görə, Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır.