BAKI, 10 iyul. TELEQRAF
İran və ABŞ hərbi əməliyyatların bərpa olunmasına baxmayaraq, gələn həftə yeni danışıqlar raundu keçirə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" saytı məlumat yayıb.
"ABŞ və İran arasında növbəti danışıqlar raundunun gələn həftə keçirilməsi gözlənilir. Förüş ehtimal ki, İsveçrədə olacaq" - məlumatda qeyd olunur.
Həmçinin bildirilir ki, Qətər nümayəndə heyəti cümə günü İrana gəlib və mövcud gərginliyi azaltmaq üçün ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edib. Vətəndaşlığı və adı açıqlanmayan bir diplomat "Axios"a deyib: "Hər iki tərəf anlaşma memorandumuna qayıtmaq istəyir".
Tehran isə məlumatı təkzib edib.