BAKI, 6 iyul. TELEQRAF

"Rusiya ilə danışıqlardan sonra Ermənistan iki tərəf arasındakı problemləri konstruktiv şəkildə həll etməyi gözləyir".

Teleqraf xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə danışıqları zamanı bildirib.

"Əlbəttə ki, artıq dediyim kimi, biz bütün məsələlərin və nüansların konstruktiv müzakirəsinə və aydınlaşdırılmasına sadiqik. Ümid edirəm ki, bugünkü danışıqlardan sonra konkret məsələləri həll edə biləcəyik", - deyə Ermənistanın Baş naziri bildirib.