BAKI, 29 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trump kommunizmi ölkəsi üçün Birinci və İkinci Dünya müharibələrindən, eləcə də 11 sentyabr terror aktlarından sonrakı ən böyük təhlükə kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Kommunizm ölkəmiz üçün Birinci və İkinci Dünya müharibələrindən, Perl-Harbordan və ya 11 sentyabr hadisələrindən bəri ən böyük təhlükədir”, - Tramp qeyd edib.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Al-Qaeda terror qruplaşmasının 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsini qaçırmışdı. Təyyarələrdən ikisi World Trade Center qüllələrinə, biri isə The Pentagon istiqamətləndirilmişdi. Dördüncü təyyarə isə sərnişinlərin müdaxiləsindən sonra Shanksville yaxınlığında qəzaya uğramışdı.
Həmin terror aktları nəticəsində ümumilikdə 2 977 nəfər həlak olmuşdu.