BAKI, 29 iyun. TELEQRAF
ABŞ və İran nümayəndələri iyunun 30-da Qətərin paytaxtı Dohada Hörmüz boğazı ilə bağlı danışıqlara hazırlıq məqsədilə məsləhətləşmələr aparacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, görüşün əsas məqsədi Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və bölgədəki vəziyyətlə bağlı tərəflərin mövqelərini yaxınlaşdırmaqdır.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan təmaslarda Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi əsas müzakirə mövzularından biri olub.