BAKI, 28 iyun. TELEQRAF

Çinin Siçuan əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri təxminən 118 min əhalisi olan Sünçan şəhərindən 311 kilometr qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda zəlzələ nəticəsində dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat yoxdur.