BAKI, 28 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Qazaxıstanla bağladığı çoxmilyardlıq sazişin onun oğullarına və ABŞ-nin ticarət nazirinin ailəsinə maliyyə qazancı gətirəcəyini iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin iddiasına görə, Donald Tramp administrasiyası Kaz Resources şirkəti üçün 1,6 milyard dollara qədər maliyyələşdirmənin ayrılması ilə bağlı ilkin müraciətləri təsdiqləyib.
Qəzet bildirir ki, bu razılaşma Trampın oğullarına, həmçinin ABŞ-nin ticarət naziri Hovard Lütnikin övladlarına maliyyə baxımından fayda verə bilər.
Xatırladaq ki, "Financial Times" qəzeti mayın əvvəlində Trampın oğullarının Qazaxıstanda volfram hasil edən şirkətdə pay aldıqlarını yazmışdı.