BAKI, 28 iyun. TELEQRAF
]Böyük Britaniyanın istefaya hazırlaşan Baş naziri Kir Starmerin 2028-ci ildə NATO-nun baş katibi vəzifəsinə namizəd olmağı planlaşdırdığı iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə "The Observer" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, yaxın vaxtlarda baş nazir postunu tərk edəcəyi gözlənilən Kir Starmer 2028-ci ildə NATO-nun baş katibi vəzifəsi uğrunda mübarizəyə qoşulmaq imkanını nəzərdən keçirir.
Qəzet yazır ki, gedən baş nazirin alyansın rəhbərliyinə namizəd olacağı ilə bağlı siyasi dairələrdə müzakirələr aparılır.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.