BAKI, 28 iyun. TELEQRAF

Polşanın Torun şəhərində havanın temperaturu 40,3 dərəcəyə yüksələrək ölkə tarixində indiyədək qeydə alınmış ən yüksək göstərici olub.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Meteorologiya və Su Təsərrüfatı İnstitutunun mətbuat katibi Polsattelekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkənin şimalında yerləşən Torun şəhərində temperatur 40,3 dərəcəyə çataraq əvvəlki tarixi rekordu geridə qoyub.

Bundan əvvəlki rekord 1921-ci il iyunun 29-da Polşanın qərbində yerləşən Proşkuv şəhərində qeydə alınmışdı. Həmin vaxt havanın temperaturu 40,2 dərəcə olub.

Ekstremal isti hava ilə əlaqədar Polşada bazar günü ikinci və üçüncü təhlükə səviyyəsi elan edilib.