BAKI, 20 iyun. TELEQRAF
ABŞ-nin Çikaqo ştatında silahlı şəxslər izdihama atəş açıb.
Teleqraf xəbər verir ki, nəticədə azı 13 nəfər yaralanıb.
Polisin məlumatında qeyd olunur: "Prinston Park məhəlləsində iki naməlum şəxs izdihama atəş açıb. Atışmada 13 nəfər yaralanıb. Hücum edənlər hadisə yerindən qaçıblar".
2025-ci ilin oktyabr ayında FTB direktoru Keş Patel bildirmişdi ki, 2,7 milyon əhalisi olan Çikaqo şəhərində təxminən 110.000 insan kriminal qrupların üzvləridir. Patel Milli Qvardiya qoşunlarının Çikaqoya yerləşdirilməsinin qatı tərəfdarı olub.