BAKI, 9 iyun. TELEQRAF
"Kiprin yunan icması ilə Fransa arasında imzalanan Hərbi Qüvvələrin Statusuna dair Saziş (SOFA - Status of Forces Agreement) adada status-kvoya və regional balansa xələl gətirir".
Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel bildirib.
O, Nikosiya-Paris razılaşmasını “beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan səhv addım” adlandırıb:
“Faktiki olaraq xarici hərbçilərin Kiprdə daimi mövcudluğunu təmin etmək üçün hüquqi çərçivə yaradılır. Bu cür yanaşma regionda sülhə, sabitliyə və təhlükəsizliyə heç bir töhfə verə bilməz. Adamızı əməkdaşlıq və dialoq platformasından uzaqlaşdıran, hərbi rəqabət səhnəsinə çevirən bu kimi yanaşmalar regional gərginliyi artıracaq”.
Qeyd edək ki, yunan Kiprin müdafiə naziri Vassilis Palmas Fransa ilə imzalanan yeni hərbi müqavilənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni təməl yaradacağını bildirib. Qeyd edib ki, sənəd iki ölkənin hərbi qulluqçularının xarici ərazilərdə xidmət etdikləri müddətdə hüquq və vəzifələrini aydın şəkildə tənzimləyir