BAKI, 8 iyun. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla söhbətində İsrailin istənilən vaxt İrana qarşı özünü müdafiə etmək hüququnu özündə saxladığını bir daha təsdiqlədiyini bildirib.

Teleqraf xəbər verir ki, Netanyahu televiziya çıxışında bildirib: "İsrailin özünümüdafiə hüququ var və biz bundan lazım gəldikdə istifadə edəcəyik. Bunu sizə, dostum Prezident Trampla dostcasına söhbətlərim zamanı minnətdarlıq və hörmətlə söylədiyim kimi deyirəm".