BAKI, 8 iyun. TELEQRAF
İsrailin pilotsuz təyyarəsi Livan Qırmızı Xaç Cəmiyyətinin Tir şəhər mərkəzindəki binasının yaxınlığında nəqliyyat vasitəsini vurub.
Teleqraf xəbər verir ki, hücum nəticəsində beş nəfər həlak olub, yaralananlar var.
Livanın cənubundakı Nəbatiyyə qubernatorluğunun Zefta şəhərinə hava hücumları nəticəsində dörd nəfər həlak olub. Hərayib şəhərinə hücum zamanı isə bir nəfər həyatını itirib.
Beləliklə, bu gün Livanın müxtəlif bölgələrində İsrail ordusunun hücumlarında ölənlərin sayı 10-a çatıb.