BAKI, 8 iyun. TELEQRAF

İsrail Silahlı Qüvvələri İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Bəndər-Mahşəhr şəhərindəki neft-kimya kompleksini hədəf alıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat İsrail ordusunun rəsmi teleqram kanalında yayılıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri sözügedən sənaye müəssisəsindəki bir neçə strateji nöqtəyə uğurlu zərbələr endirib.

İran tərəfi də hücum faktını təsdiqləyib.

Qeyd edilib ki, baş verən hava hücumu nəticəsində neft-kimya kompleksinə qismən ziyan dəyib.