BAKI, 8 iyun. TELEQRAF

İraq hakimiyyəti ölkənin hava məkanını mülki aviasiya uçuşları üçün müvəqqəti olaraq bağlamaq qərarı verib.

Teleqraf xəbər verir ki, INA agentliyinin məlumata görə, İraqın hava məkanı 72 saat müddətinə təyyarələrin uçuşu üçün bağlanıb.

"İraqın hava məkanı təyyarələrin uçuşu üçün 72 saatlıq bağlanır", - qurumun açıqlamasında bildirilib.

Qərarın regionda təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir vaxtda qəbul edildiyi qeyd olunur.

Bundan əvvəl İsrail Müdafiə Ordusu İran ərazisindən buraxılan bütün raketlərin ələ keçirildiyini açıqlamışdı.