BAKI, 8 iyun. TELEQRAF
İran Silahlı Qüvvələri iyunun 7-də axşam İsrailə endirilən zərbə zamanı "Xeybərşekan" (Kheibarshekan) tipli bərk yanacaqlı ballistik raketlərdən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi xəbər yayıb.
Məlumata əsasən, "Xeybərşekan" raketi 1450 kilometr uçuş məsafəsinə malikdir. Raketin çəkisi 4,5 ton, uzunluğu isə 10 metrdir.
Agentlik qeyd edir ki, bu raket İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üçüncü nəsil raketləri sırasına daxildir və hava hücumundan müdafiə sistemlərini aşmaq üçün xüsusi imkanlara malikdir.
Bundan əvvəl İsrail Ordusunun mətbuat xidməti İran ərazisindən raket buraxılışlarının qeydə alındığını açıqlamışdı.
İsrailin dövlət teleradio şirkəti Kan isə ölkənin İranın raket hücumuna cavab verməyə hazırlaşdığını bildirmişdi.
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayinin sözlərinə görə, bu hücum İsrailə xəbərdarlıq xarakteri daşıyıb və məqsəd Beyruta endirilən zərbələrin dayandırılmasına nail olmaq olub.