BAKI, 8 iyun. TELEQRAF
Bu gün Salyan və Neftçala rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu gün görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar Salyan rayonunun Boranıkənd, Şorsulu, Dayıkənd, Seyidlər, Sarvan kəndlərinin, həmçinin Neftçala rayonunun Qaçaqkənd, Xolqaraqaşlı, Qırmızıkənd, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd kəndlərinin qaz təchizatında işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.