BAKI, 8 iyun. TELEQRAF

NATO Hərbi Hava Qüvvələrinin genişmiqyaslı "Ramstein Flag 2026" təlimlərinə start verir.

Teleqraf xəbər verir ki, bu barədə Alyansın Birləşmiş Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, üçüncü dəfə keçirilən təlimlərdə 19 ölkənin hərbi kontingentləri iştirak edir. Təlimlərin əsas mərhələləri Danimarka, Finlandiya, Norveç, İsveç və İspaniyada baş tutacaq.

Təlimlər çərçivəsində hər gün 150-dən çox təyyarənin iştirakı ilə təxminən 150 uçuşun həyata keçirilməsi planlaşdırılır. İştirak edən hava vasitələri arasında Boeing E-3A Sentry erkən xəbərdarlıq və idarəetmə təyyarələri də yer alır.

Bundan əlavə, hava hücumundan müdafiə sistemlərinin tətbiqi üzrə müxtəlif ssenarilər məşq ediləcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu NATO üzvü olan ölkələrin eyni vaxtda yeddi hərbi təlim keçirdiyini və onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərə qarşı yönəldiyini bildirmişdi.