BAKI, 8 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin iyunun 7-də Beyruta endirdiyi zərbələri bəyənmədiyini bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına danışıb.
"Mən bundan narazıyam", - Donald Tramp İsrailin Beyruta endirdiyi hücumlarla bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, son günlər İsrail və Livan istiqamətində gərginlik yenidən artıb. Bu fonda ABŞ Prezidenti həm İsrailin hərbi əməliyyatlarına, həm də İranla bağlı vəziyyətə dair bir sıra açıqlamalar verib.