BAKI, 8 iyun. TELEQRAF
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən Teleqraf-a verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.