BAKI, 31 may. TELEQRAF

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim məsələsi gündəmə qəti şəkildə çıxacağı təqdirdə bu barədə qərar verəcək.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan "Vesti" informasiya xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı konkret qərar vermək üçün əsas yoxdur.

"Bu məsələ həqiqətən kəskin şəkildə gündəmə gəldikdə, o zaman konkret mövqe və qərar olacaq", - deyə Qriqoryan vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, hazırda İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri kəsmək planı yoxdur.