BAKI, 31 may. TELEQRAF

UEFA Çempionlar Liqasının final oyunu zamanı Fransanın paytaxtı Parisdə PSJ-nin (Paris Sen-Jermen) bəzi azarkeşləri iğtişaşlar törədib.

Teleqraf xəbər verir ki, azarkeşlər polis əməkdaşlarına fişənglər atmağa başlayıblar. Bunun ardından hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli KİV-in yaydığı xəbərlərə görə, baş verən hadisələrlə əlaqədar azı 10 nəfər saxlanılıb.