BAKI, 31 may. TELEQRAF
İran Silahlı Qüvvələri Hörmüz boğazından keçən bütün gəmilərin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindən icazə almalı olduqlarını, əks halda hərbi hədəf olacaqlarını bəyan edib.
Teleqraf xəbər verir ki, İran Silahlı Qüvvələrin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı tərəfindən verilən yazılı açıqlamada bildirilib: "Hörmüz boğazının idarə olunması İran Silahlı Qüvvələrinin tam səlahiyyətindədir. Hörmüz boğazından keçən bütün gəmilərin yalnız təyin olunmuş marşrutlardan istifadə etməli və İnqilab Keşikçiləri Dəniz Qüvvələrindən icazə almalıdır. Bu qaydaların pozulması onların tranzit zamanı təhlükəsizliyini ciddi şəkildə risk altına alacaq"
Bəyanatda həmçinin Hörmüz boğazında nəqliyyatın hərəkətini pozmağa çalışan hərbi gəmilərin İran Silahlı Qüvvələri tərəfindən hədəfə alınacağı barədə xəbərdarlıq edilir.