BAKI, 31 may. TELEQRAF
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində may ayının əvvəlindən bəri ən azı 37 nəfər vəbadan ölüb, 3000 nəfər isə bu epidemiyadan əziyyət çəkir.
Teleqraf xəbər verir ki, bu barədə "Punch" saytı məlumat yayıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya Borno ştatının 36 rayonuna yayılıb. Episentr ştatın paytaxtı Mayduquridədir və yoluxma hallarının yarıdan çoxu burada qeydə alınıb.
Nigeriya beynəlxalq tərəfdaşları ilə birlikdə su, sanitariya və gigiyena sistemlərini saxlamaq və optimallaşdırmaq üçün resurslar toplayır və infeksiyaya nəzarət mərkəzlərini xəstələrin axını üçün hazırlayır.