BAKI, 30 may. TELEQRAF
Livanın şiə Hizbullah qruplaşması 17 apreldə atəşkəs rejiminin qüvvəyə minməsindən bəri ilk dəfə İsrailin şimalındakı yaşayış məntəqələrinə raket zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Naharnet" xəbər portalı məlumat yayıb.
İslam Müqaviməti döyüşçüləri İsrail ərazisinə ən azı 100 raket və dron atıblar ki, bunların əksəriyyəti Dəmir Günbəz raketdən müdafiə sistemi tərəfindən ələ keçirilib. 60 şəhər və kənddə hava hücumu sirenləri səsləndirilib.