BAKI, 30 may. TELEQRAF
Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında üzən mina barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, "X"də paylaşılan məlumatda qeyd olunur: "Omanın ərazi suları daxilində Hörmüz boğazında üzən mina olduğu ehtimal edilən şübhəli obyektlə əlaqədar olaraq, Dəniz Təhlükəsizliyi Mərkəzi bütün dənizçiləri, balıqçıları və gəmiləri bu ərazidə üzərkən son dərəcə ehtiyatlı olmağa çağırır".
Mərkəz bütün dəniz nəqliyyatı iştirakçılarını şübhəli əşyalardan məsafə saxlamağa və dərhal müvafiq orqanlara məlumat verməyə çağırıb.