BAKI, 30 may. TELEQRAF
İtaliyada 2 iyun Respublika Günündə keçiriləcək paradda iştirak etməli olan atlar Roma küçələrinə qaçıb və bu, şəhərdə xaosa səbəb olub.
Teleqraf xəbər verir ki, paradda iştirak etməli olan İtaliya Jandarma Süvari Bölməsinin təxminən 30 atı dünən gecə yarısı öz yerlərindən qaçaraq, Kristofer Kolumb prospektində nəqliyyatın hərəkətinə problem yaradıblar.
Hadisə nəticəsində 3 hərbçi və 1 mülki şəxs yaralanıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb və atların atəşfəşanlıqdan qorxaraq qaçdıqları bildirilib.
İlkin qiymətləndirmələrə görə, atların yaxınlığında atəşfəşanlıq edən şəxs yerli polis qüvvələrinin zabiti olub. O, istintaqa cılb olunub.
Qeyd edək ki, İkinci Dünya Müharibəsindən sonra, 2 iyun 1946-cı ildə keçirilən referendumdan sonra İtaliya monarxiyadan respublikaya keçid edib. Bu münasibətlə hər il Romada parad keçirilir.