BAKI, 30 may. TELEQRAF
ABŞ müharibə naziri Pit Heqset Ukraynaya "Patriot" raket əleyhinə müdafiə sistemlərinin tədarükünün artırılması ehtimalı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.
Teleqraf xəbər verir ki, o, Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə görüşündə Volodimir Zelenskinin son müraciətinə cavab olaraq raket tədarükünün artırılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib: "Biz Ukraynaya bacardığımız qədər kömək etdik və Avropaya daha çox kömək etmək üçün əlimizdən gələni etdik. Avropanın öhdəliyi məni ruhlandırır. Ayrılan vəsaitin həcminə baxsanız, Avropa səylərini artırıb".
Pentaqon rəhbəri bildirib ki, ABŞ Avropanın özünü müdafiə edə bilməsini istəyir: "Onlara bu işdə kömək edə biləcəyimizdən əmin olmaq üçün bir yol tapacağıq".