BAKI, 30 may. TELEQRAF

Moskva məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin binasına bomba qoymağa cəhd edən Vitali Larin adlı şəxsin barəsində həbs qətimkan tədbiri seçib.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

"Moskvanın Basmannı Rayon Məhkəməsinin qərarı ilə Vitali Vladimiroviç Larin barəsində 29 iyul 2026-cı ilə qədər həbs qətimkan tədbiri seçilib" - məlumatda qeyd olunur.

Hadisənin detalları açıqlanmır.